"Yaşıl Teatr" və Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinə verildi

 

Paytaxtın tanınmış mədəniyyət ocaqlarının idarə olunmasında dəyişiklik edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

​Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti sənəddən irəli gələn təşkilati məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidirlər.

​Qeyd edək ki, bu dəyişiklik cari il iyunun 10-da Prezident İlham Əliyevin imzaladığı "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Fərmanın icrasını təmin etmək məqsədilə həyata keçirilib.

Previous Post Next Post