Cəbrayılda minaya düşən ANAMA əməkdaşına şəhid statusu verildi

 

Cəbrayıl rayonu ərazisində aparılan minatəmizləmə əməliyyatları zamanı faciəvi şəkildə həlak olan şəxslə bağlı mühüm qərar qəbul edilib. İki il öncə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Raqif İsayevə rəsmi olaraq şəhid statusu verilib.

​Bu barədə məlumatı "Qafqazinfo" yayıb. Qərara əsasən, mərhum Raqif İsayev şəhid, onun ailə üzvləri isə rəsmən şəhid ailəsi statusu qazanacaqlar.

​Xatırladaq ki, dövlət başçısının bu ilin aprel ayında imzaladığı müvafiq Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə də təltif olunmuşdu.

Previous Post Next Post