Bakıda anadangəlmə qolları olmayan körpə dünyaya gəldi: Ana övladından imtina etdi

 

Paytaxtda diqqət çəkən və ictimai rezonans doğuran hadisə baş verib. Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib.

​"Unikal"ın məlumatına görə, doğuşdan dərhal sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi də təsdiqləyib.

​Agentlikdən bildirilib ki, məlumat daxil olan kimi qurumun əməkdaşları dərhal prosesə cəlb olunublar. Səhiyyə müəssisəsində uşağın mövcud vəziyyəti qiymətləndirilib və körpənin daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi təmin ediləcək.

​Qeyd edək ki, etik və hüquqi səbəblərdən körpənin və ananın şəxsi məlumatları açıqlanmır.

Previous Post Next Post