Sobanın içində 78 min manatlıq dərman: Hava limanında gömrük əməliyyatı

 

Bakı Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrükçülər ölkəyə qanunsuz yolla dərman vasitələrinin keçirilməsi cəhdinin qarşısını alıblar.

Beyanat.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Mumbay-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşının baqajını stasionar rentgen qurğusundan keçirərkən şübhəli mənzərə ilə qarşılaşıblar.

Dərinləşdirilmiş yoxlama zamanı vətəndaşın yükündəki karton qutuda olan adi məişət sobasının daxilinə xüsusi üsulla gizlədilmiş dərman preparatları aşkarlanıb. Ümumi bazar dəyəri 77 920 manat təşkil edən bu dərmanlar gömrük nəzarətindən gizlədildiyi üçün müsadirə olunub.

Hazırda faktla bağlı gömrük orqanları tərəfindən araşdırma işləri davam etdirilir.

Previous Post Next Post