Paytaxtda və bölgələrdə həftənin ikinci günü üçün gözlənilən meteoroloji proqnoz açıqlanıb. Yeni həftə əsasən mülayim və quru hava şəraiti ilə davam edəcək.
Bakıda və Abşeron yarımadasında səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli zəif yağıntı və duman müşahidə olunsa da, gün ərzində dəyişkən buludlu və yağmursuz hava üstünlük təşkil edəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq istiqaməti ilə əvəzlənəcək. Paytaxt sakinlərini gecə 20–22°, gündüz isə 27–30° isti gözləyir.
Respublikanın digər bölgələrində isə termometrlər daha yüksək rəqəmləri göstərəcək. Gündüz saatlarında ölkənin düzənlik rayonlarında havanın temperaturu 34 dərəcəyə qədər isti olacaq. Sinoptiklər günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalını da istisna etmirlər; dağlarda gecə temperaturu 8–13°, gündüz isə 20–25° arasında dəyişəcək.
