Məktəblilərin “Roblox” TƏHLÜKƏSİ: Parlament səviyyəsində müzakirəyə çıxarıldı


Paytaxtda yeniyetmənin intiharı ilə nəticələnən faciə ölkə qanunverici orqanının da diqqətindən yayınmayıb. Məsələ ilə bağlı Milli Məclisdə sərt reaksiyalar və təhlillər səsləndirilib.
İnsan hüquqları komitəsinin iclasında qaldırılan məsələ bir daha göstərdi ki, uşaqların nəzarətsiz qaldığı rəqəmsal platformalar real həyat üçün böyük təhlükə mənbəyidir. İlkin araşdırmalar zamanı azyaşlının həyatına son qoymasının arxasında məhz “Roblox” oyununun dayandığı üzə çıxıb. Maraqlıdır ki, bu problem təkcə bizdə deyil, qlobal miqyasda narahatlıq doğurur. Xüsusilə ABŞ-nin bir çox ştatında uşaqları psixoloji girdaba salan və onları idarəolunmaz edən bu cür platformalara qarşı artıq kütləvi məhkəmə iddiaları qaldırılıb. Ekspertlər hesab edir ki, yerli səviyyədə də azyaşlıların rəqəmsal asılılığının qarşısını almaq üçün təcili və peşəkar addımlar atılmalıdır.
Previous Post Next Post