Messi Pelenin rekordunu qırdı: Cərimə zərbələrində yeni zirvə

 

"İnter Mayami"nin hücumçusu Lionel Messi futbol tarixində yeni nailiyyətə imza ataraq əfsanəvi Pelenin göstəricisini geridə qoyub.

Argentinalı ulduz bu uğura MLS çərçivəsində "San-Dieqo" ilə keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada nail olub. Karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 71-ə çatdıran 39 yaşlı futbolçu 70 qolu olan Pelenqi keçərək bu sahədə ikinci pilləyə yüksəlib. Qeyd etmək lazımdır ki, bu göstəric üzrə mütləq rekord 77 qolla Juninyo Pernambukanoya məxsusdur.

Diqqət çəkən digər məqamlardan biri də Messinin "İnter Mayami" forması ilə rəsmi turnirlərdəki 101-ci qoluna imza atmasıdır. O, cari mövsümdə MLS-də meydana çıxdığı 22 matçda 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Previous Post Next Post