Paytaxt yollarında təhlükə saçan motosikletçi HƏBS OLUNDU

Bakı küçələrində mütəmadi olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərin həyatını real təhlükə altına atan motosikletçi saxlanılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qaydaları heçə sayan sürücü Şamil Qasımov məsuliyyətə cəlb edilib.

​Qərar nə oldu?

​İdarədən verilən məlumata görө, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Previous Post Next Post