Birinci sinfə qəbula gecikənlər üçün SON ŞANS: Vaxt açıqlandı

 

Valideynlərin diqqətinə: məktəbəqəbul prosesində müəyyən səbəblərdən gecikən və ya vaxtında qeydiyyatdan keçə bilməyən uşaqlar üçün yeni imkan yaradılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə seçimlər start götürür.

​Qeydiyyat hansı müddəti əhatə edir?

​proses sentyabrın 16-sı saat 11:00-dan etibarən aktivləşəcək və ayın 30-u saat 15:00-dək davam edəcək. Həmin müddət ərzində övladı üçün mektebeqebul.edu.az portalında əvvəlcədən sorğu yerləşdirmiş valideynlər sənədləri təqdim edərək məktəb və müəllim seçimini tamamraya bilərlər.

​Qurumdan xatırladılıb ki, bu elektron qəbul mərhələsi yalnız müəyyən olunmuş müddətdə sistemdə sorğu yerləşdirmiş və üzrlü səbəbdən gecikən uşaqlara şamil olunur. Qeyd edək ki, cari tədris ili üçün artıq ölkə üzrə 124 mindən çox uşaq birinci sinfə qəbul edilib.

Previous Post Next Post