Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi ölkə ərazisində keçirdiyi son tədbirlər nəticəsində aralarında Azərbaycan vətəndaşlarının da olduğu 61 əcnəbini deportasiya edib.
Beyanat.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in rəsmi məlumatında bildirilib. Keçirilən kompleks əməliyyatlar zamanı Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Hindistan, Misir, Ermənistan, Özbəkistan, Türkmənistan və bir sıra digər ölkələrin vətəndaşları Gürcüstan ərazisindən çıxarılıblar.
Qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən girişi rəsmən qadağan edilib.
Qeyd olunub ki, bu ilin statistikasına əsasən Miqrasiya İdarəsi tərəfindən artıq 3 minə yaxın şəxs deportasiya olunub. Bu göstərici ötən ilin ümumi yekunlarından əhəmiyyətli dərəcədə yüksəkdir.
