Güclü külək Bakıda xəsarətlərə səbəb oldu — Səhiyyə Nazirliyindən açıqlama

 

Paytaxtda müşahidə olunan əlverişsiz və güclü küləkli hava şəraiti nəticəsində 4 nəfər xəsarət alıb.

Beyanat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, güclü küləyin təsiri ilə baş verən hadisələr zamanı üç qadın və bir kişi xəsarət alaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Xəsarət alan şəxslərə dərhal müvafiq tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər 4 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb.

Mütəxəssislər güclü küləkli havalarda vətəndaşları diqqətli olmağa, açıq ərazilərdə, iri ağacların, reklam lövhələrinin və digər təhlükəli obyektlərin yaxınlığında durmamağa çağırır.

Previous Post Next Post