Şəmkirdə dəhşətli qəza: Ölənlərin sayı 5 nəfərə çatıb, aralarında uşaqlar da var

 

Bəyanat.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. “VAZ 2106” və “KİA” markalı minik avtomobillərinin şiddətlə toqquşması nəticəsində ölənlər və yaralananlar var.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirmişdi. Lakin sonradan xəstəxanaya çatdırılanların və hadisə yerindən gələn məlumatların təhlili nəticəsində ölənlərin sayı artaraq ikisi uşaq olmaqla ümumilikdə 5 nəfərə çatıb. Hadisə zamanı daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA-nın məlumatına əsasən, dəhşətli qəzada həlak olan şəxslərdən ikisinin kimliyi artıq müəyyənləşdirilib: bunlar 2009-cu il təvəllüdlü E. Məmmədov və 1988-cu il təvəllüdlü İ. Məmmədovadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Previous Post Next Post