Nəhəng enerji hədər gedir: Dünyada təmiz enerji niyə israf olunur?

 

Son illər dünyada günəş və külək enerjisindən istifadə sürətlə artsa da, ciddi bir problem yaranıb: mövcud elektrik şəbəkələri bu qədər enerjini qəbul edə bilmir. Nəticədə istehsal olunan təmiz enerjinin böyük bir hissəsi sadəcə israf olunur.

beyanat.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, cari ilin ilk altı ayında təkcə Çin Meksikanı bir il boyunca tam təmin edə biləcək qədər — 360 teravatt-saat təmiz enerjini kənara atmağa məcbur qalıb. Bu göstərici ötən illə müqayisədə təxminən 49 faiz çoxdur.

İsrafın əsas səbəbi nədir?

Mütəxəssislərin izahatına görə, əsas problem elektrik xətlərinin və ötürücü infrastrukturların köhnə və zəif olmasıdır. Şəbəkələr həddindən artıq yükləndiyi üçün yaranan artıq enerjini ötürə bilmir. Üstəlik, bir çox yerlərdə hələ də köhnə kömür stansiyalarının işləməsini təmin edən müqavilələr qüvvədə qalır. Elə bu səbəbdən Çində yeni günəş panellərinin quraşdırılması xeyli azalıb, kömürdən istifadə isə yenidən artıb.

Problem qlobal xarakter alıb

Bu çətinlik təkcə Çinə aid deyil. Dünyanın digər ölkələrində də vəziyyət eynidir:

Avstraliyada şəbəkə məhdudiyyətlərinə görə enerji itkiləri 37% artıb.

Yaponiyada elektrik şəbəkəsi milyonlarla teravatt-saat təmiz enerjini qəbul edə bilməyib.

Hindistanda da günəş enerjisinin əhəmiyyətli hissəsi şəbəkə tutumsuzluğu üzündən itkiyə gedir.

Çıxış yolu nədir?

Ekspertlər hesab edirlər ki, bu problemin qarşısını almağın yeganə yolu güclü batareyalar və enerji saxlanc sistemləridir. Çili və Bolqarıstan kimi ölkələr günəş stansiyalarının yanında böyük akkumulyatorlar quraşdırmaqla bu israfın qarşısını uğurla ala biliblər.

Previous Post Next Post