Sürücülərin nəzərinə: Sabahdan Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

 

Paytaxt sakinləri və sürücülər üçün vacib xəbər! Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) əldə edilən məlumata əsasən, beyanat.az bildirir ki, aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar Bakının iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Qrafikə əsasən, avqustun 18-dən etibarən aşağıdakı ünvanlarda yollar nəqliyyatın üzünə bağlanacaq:

Yasamal rayonu: Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsində hərəkət səhər saat 08:00-dan etibarən məhdudlaşdırılacaq.

Nərimanov rayonu: Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissəsi isə axşam saat 20:00-dan etibarən bağlanacaq.

Rəsmi qurumdan qeyd olunub ki, tətbiq edilən məhdudiyyətlər təmir işləri tam başa çatanadək qüvvədə qalacaq.

Yolda yarana biləcək sıxlıqların və tıxacların qarşısını almaq məqsədilə beyanat.az olaraq sürücülərdən öncədən alternativ hərəkət istiqamətləri seçmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Previous Post Next Post