Respublika Seysmoloji Xidmət Mərkəzinin Məlumat mərkəzindən verilən məlumata əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb.
Avqustun 14-də yerli vaxtla saat 20:56:17-də (UTC ilə 16:56:17) qeydə alınan yeraltı təkanların maqnitudası 4.9, ocağının dərinliyi isə 13 kilometr olub. 41.05 N və 48.71 E koordinatlarında baş verən zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.
