"Qarabağ"ın oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş rejimə keçir


Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə Bakı metropolitenində xüsusi qrafik tətbiq olunacaq. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata əsasən, "Qarabağ"ın UEFA Konfrans Liqasında "Dinamo Kiyev"ə qarşı bu gün keçirəcəyi vacib matçla əlaqədar qurum gücləndirilmiş iş rejiminə keçirilir.
Aparılan hazırlıqlara əsasən, əsas yükün düşəcəyi "Gənclik" stansiyasında xüsusi tədbirlər təşkil olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün ehtiyac yaranacağı təqdirdə xəttə əlavə ehtiyat qatarlar buraxılacaq və növbətçilik üçün əlavə əməkdaşlar cəlb ediləcək.
Bununla yanaşı, azarkeşlərin və sərnişinlərin hərəkət istiqaməti nəzərə alınaraq "Nərimanov" və "28 May" stansiyalarında da müvafiq qabaqlayıcı tədbirlər görüləcək.
Previous Post Next Post