İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu oldu

 

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan himni yenidən səsləndirilib. Ölkəmizin şərəfini qoruyan titullu idmançımız növbəti dəfə qitənin ən güclüsü adını qazanıb.

Beyanat.az xəbər verir ki, J1 kateqoriyasında +95 kiloqram çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev qızıl medala gedən yolda heç bir rəqibinə şans tanımayıb. Təmsilçimiz yarımfinalda Böyük Britaniya təmsilçisi Daniel Englişi ipponla məğlub edərək final mərhələsinə adlayıb. Həlledici qarşılaşmada isə ispaniyalı Qarros Suarez üzərində təmiz qələbə (ippon) qazanan təcrübəli cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu möhtəşəm zəfər İlham Zəkiyevin idman karyerasında sayca 10-cu Avropa çempionluğu kimi tarixə düşüb.

Qeyd edək ki, çempionatda digər idmançılarımız da uğurlu nəticələrə imza atıblar. Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) Avropa çempionatının bürünc medallarına layiq görülüblər.

Previous Post Next Post