Bakıda vacib küçələrdən biri iki gün bağlanır – Sürücülərə XƏBƏRDARLIQ

 

Bakının Xətai rayonunda nəqliyyatın aktiv istifadə olunduğu yollardan birində avtomobillərin gediş-gəlişi müvəqqəti dayandırılır.

Beyanat.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, Rövşən Əliyev küçəsinin Babək prospekti ilə Xocalı prospekti arasında yerləşən hissəsində planlaşdırılan yenidənqurma və təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Sürücülərə rahatlıq yaratmaq və gündüz saatlarında sıxlığın qarşısını almaq üçün təmir işləri gecə saatlarında, iki mərhələdə icra olunacaq:

24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək;

25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək.

AAYDA göstərilən vaxt aralığında hərəkət edən şəxslərdən öncədən alternativ küçə və prospektləri seçməyi, eləcə də aparılan təmir prosesinə anlayışla yanaşmağı xahiş edir.

Previous Post Next Post