Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış sənədə əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus tərəfinə bildiriş göndərilməsi tapşirilib.
