Sabahdan metroda böyük DƏYİŞİKLİK: Hansı stansiyalar bağlanır? 🚇


Beyanat.az xəbər verir ki, "Qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində əsas tikinti mərhələsinə start verilir. Buna görə də sabahdan etibarən metro sistemində mühüm məhdudiyyətlər tətbiq olunacaq.
Təxminən 10-11 ay davam edəcək işlər zamanı "Nizami" - "28 May" mənzilində qatarların hərəkəti tam dayandırılacaq.
Layihənin əsas məqsədi xətlər arasındakı asılılığı aradan qaldırmaq, qatarların intervalını minimuma endirmək və sıxlığı azaltmaqdır. İşlər bitdikdən sonra "İçərişəhər" istiqaməti "28 May", "Dərnəgül" istiqaməti isə "Cəfər Cabbarlı" stansiyasının platformasından idarə olunacaq.
Qatarların hərəkət qrafiki:
"28 May" - "Nizami": Sərnişindaşıma dayandırılacaq.
Qırmızı xətt: "İçərişəhər" - "Əhmədli" marşrutu üzrə 2 dəqiqə 30 saniyə interval.
Yaşıl xətt: "Dərnəgül" - "Nizami" marşrutu üzrə 3 dəqiqə 30 saniyə interval.
"Cəfər Cabbarlı" - "Xətai": Məkik rejim (7 dəqiqə interval).
Bənövşəyi xətt: "Xocəsən" - "8 Noyabr" marşrutu (8 dəqiqə interval).
Alternativ ekspres avtobuslar (06:00 - 00:00)
Yaranacaq çətinliyi aradan qaldırmaq üçün AYNA tərəfindən xüsusi xətlər açılıb:
M1: "Elmlər Akademiyası" — "28 May"
M2: "İnşaatçılar" — "Nizami" — "28 May"
M3: "20 Yanvar" — "Nizami" — "28 May"
M4: "20 Yanvar" — "Koroğlu"
M5: "20 Yanvar" — "Gənclik"
M6: "Elmlər Akademiyası" — "Gənclik"
Həmçinin 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrut xətlərində avtobus sayı artırılacaq.
Previous Post Next Post