Yaxın Şərqdə tarixin ən ağır sanksiya dalğası: Tehran geri çəkilmir, Hörmüz boğazı blokadada

​

Beyanat.az xəbər verir ki, ABŞ və İran arasında davam edən hərbi münaqişə yeni və daha kəskin mərhələyə qədəm qoyur. Vaşinqtonun İrana qarşı tarixin ən ağır iqtisadi sanksiyalarını elan etməyə hazırlaşması fonunda, Tehran rəhbərliyi geri çəkilməyəcəyini və yeni məhdudiyyətlərin iflasa uğrayacağını bəyan edib.

​

“Reuters” agentliyinin məlumatına görə, ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessentin İrana qarşı görünməmiş iqtisadi təzyiq paketini açıqlayacağı gözlənilir. Lakin rəsmi Tehran bu həmləni Vaşinqtonun hərbi variantlarda istədiyinə nail ola bilməməsinin və "ümidsizliyinin" göstəricisi kimi qiymətləndirib.

​

İranın xarici işlər naziri Abbas Əraqçı Vaşinqtonun hərbi əməliyyatlardan yenidən köhnə sanksiya ssenarilərinə qayıtmasını kəskin tənqid edib:

​

"ABŞ rəhbərliyinin eyni planları yenidən masaya gətirməsi onların çarəsizliyini göstərir. Biz heç vaxt qorxmamışıq. Onların blokada və ya hərbi addımlarının hamısı uğursuzluqla nəticələnib, bu yeni cəhdləri də iflasa uğrayacaq."

​

Hava zərbələri İranın infrastrukturuna ciddi zərər vursa da, Tehran raket və dron imkanlarını saxlayaraq strateji Hörmüz boğazında gəmilərin hərəkətini faktiki olaraq iflic edib. İcazəsiz neft tankerlərinin keçidinə qoyulan bu blokada qlobal neft bazarlarında qiymətlərin kəskin yüksəlməsinə gətirib çıxarıb.

​

Böhranın dərinləşdiyi bir vaxtda regionda gərginliyi azaltmaq üçün diplomatik təmaslar da intensivləşib. Münaqişədə vasitəçi rolunu oynayan Pakistan Ordusunun komandanı Asim Munir rəsmi Tehrana səfər edərək sanksiya təhdidləri və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

​

İran Prezidenti Məsud Pezeşkiyan isə müharibənin İranın mövqeləri güclü olduğu bir vaxtda, diplomatiya və ləyaqətli şərtlər çərçivəsində bitməsinin tərəfdarı olduqlarını vurğulayıb.

Previous Post Next Post