Avqustun 17-nə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, həftənin ilk günü paytaxtda sabit hava müşahidə olunsa da, bəzi bölgələrdə qısamüddətli leysan yağışları ehtimal edilir.
Bakı və Abşeron yarımadası
Paytaxtda və yarımadada havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 22–25°, gündüz isə 28–31° isti təşkil edəcək.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70–75%, gündüz 50–60% olacaq.
Azərbaycanın bölgələri
Respublika rayonlarının bəzi yerlərində arabir yağıntı olacağı gözlənilir.
Ayrı-ayrı punktlarda leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var, lakin gündüz saatlarından etibarən yağıntılar tədricən kəsiləcək.
Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə olunacaq, şərq küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 20–25°, gündüz 30–34° isti; dağlıq zonalarda isə gecə 12–17°, gündüz 20–25° isti olacaq.
