PSJ-dən növbəti avrokubok triumfu: Paris təmsilçisi ardıcıl ikinci dəfə Superkuboka sahib çıxdı!

 

Avstriyada Avropa futbolunun həyəcan dolu gecəsi yaşanıb. Zalsburqun "Red Bull Arena" stadionunda baş tutan UEFA Superkuboku matçında Fransanın güclü nümayəndəsi "PSJ" klubu ilə İngiltərinın iddialı təmsilçisi "Aston Villa" üz-üzə gəlib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmanı Somalidən olan FIFA referisi Ömər Artan idarə edib. Matçın yekununda Fransa çempionu rəqibini 2:1 hesabı ilə üstələyərək növbəti dəfə mötəbər kubokun sahibi olub.

Paris təmsilçisinin qələbə qollarını Xviça Kvaratsxeliya və Dezire Due vurublar. İngiltərə klubundan isə fərqlənən oyunçu Brayan Madjo olub.

Bu qələbə sayəsində parislilər tarixlərində ardıcıl ikinci dəfə UEFA Superkubokunu başları üzərinə qaldırıblar. Xatırladaq ki, ötən mövsüm PSJ Çempionlar Liqasının, "Aston Villa" isə Avropa Liqasının qalibi adını qazanmışdı.

Previous Post Next Post