Lənkəranda narkotik tərkibli bitkilərin qanunsuz yetişdirilməsi ilə məşğul olan şəxslər polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıblar.
Beyanat.az Telegraf.az-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində bu əməldə şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin şəxslərdən aqrotexniki qaydada xüsusi qulluq edilərək yetişdirilən 116 ədəd narkotik tərkibli kol aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
