Hüquq-mühafizə orqanlarının uğurlu əməkdaşlığı nəticəsində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiya Federasiyasından ölkəmizə gətirilir.
Beyanat.az xəbər verir ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə əsasən, Əlicanlı Nahid Rasim oğlunun ekstradisiya olunması barədə Baş Prokurorluğun müraciəti Rusiya tərəfindən təmin edilib.
Məlumata görə, Qubadlı Hərbi Prokurorluğunda araşdırılan cinayət işi çərçivəsində N.Əlicanlı Cinayət Məcəlləsinin 333.4-1-ci (hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaqdan yayılaraq gizləndiyi üçün barəsində beynəlxalq miqyasda axtarış elan edilmişdi.
Hazırda onun Azərbaycana təhvil verilməsi və ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri beynəlxalq prosedurlar həyata keçirilir.
