Kriştiano Ronaldudan futbol dünyasını silkələyəcək AÇIQLAMA: "Son ilimdir"

 

Bəyanat.az xəbər verir ki, futbol dünyasını silkələyəcək bomba açıqlama ilə gündəmə gələn "Qızıl top"un beşqat sahibi, əfsanəvi hücumçu Kriştiano Ronaldu karyerasını başa vurmağa hazırlaşır.

41 yaşlı ulduz futbol tarixinin ən məhsuldar bombardiri olaraq, cari mövsümün sonunda yaşıl meydanlarla vidalaşa biləcəyini işarə edib. Nüfuzlu "Vogue" jurnalına müsahibə verən portuqaliyalı ulduz səssizliyi pozaraq bu sözləri işlədib:

"Yəqin ki, bu, futbolda mənim son ilimdir. Mən böyük irs qoymaq istəyirəm."

Xatırladaq ki, futbol hegemonu karyerası ərzində inanılmaz zirvələri fəth edib. O, beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu və Millətlər Liqasının ikiqat qalibidir. Eyni zamanda milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində vurulan qolların sayına görə əlçatmaz rekordların sahibidir.

Karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" və İtaliyanın "Yuventus" kimi nəhəng klubların formasını uğurla geyinən hücumçu, 2022-ci ilin dekabrından bəri Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edir. Əfsanəvi futbolçunun bu açıqlaması qısa müddətdə bütün dünya mətbuatının və azarkeşlərin əsas müzakirə mövzusuna çevrilib.

Previous Post Next Post