Beyanat.az APA-ya istinadən xəbər verir ki, Astara şəhərinin “Bulvar” ərazisində dənizdə bədbəxt hadisə qeydə alınıb. Bir nəfər Xəzər dənizində bataraq itkin düşüb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə zamanı dənizdə itkin düşən şəxs Masallı rayonunun Kosagül kəndinin sakinidir.
Hazırda hadisə yerində aidiyyəti qurumlar tərəfindən həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
