Bakının Sabunçu rayonunda faciəvi hadisə baş verib. Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində yerləşən sabiq aptek bazasında növbədə olan mühafizəçi qəfil dünyasını dəyişib.
Beyanat.az Lent.az-ın yaydığı məlumata istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Bakı sakini Orxan Fariz oğlu Əliyevin meyiti elə çalışdığı obyektin ərazisində aşkar olunub. Hadisə yerinə baxış zamanı mərhumun bədəni üzərində hər hansı xəsarət və ya zorakılıq əlaməti görünməyib.
Gənc mühafizəçinin ölümünün dəqiq səbəblərini müəyyənləşdirmək üçün hazırda Sabunçu Rayon Prokurorluğu tərəfindən geniş araşdırma aparılır.
