​Bakıda möhtəşəm revanş: "Qarabağ" Kiyev nəhəngini yıxdı, sırada Niderland var!


 Polşadakı ilk oyunda alınan gözlənilməz məğlubiyyət (0:1) təmsilçimizi yolundan etmədi. Tofiq Bəhramov adına Respublika Stadionunda azarkeş dəstəyini arxasına alan "Qarabağ", UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında Ukraynanın "Dinamo Kiyev" klubuna əsl futbol dərsi keçdi.

Qurban Qurbanovun yetirmələri dogma meydanda rəqibini 2:0 hesabı ilə məğlub edərək adını pley-off mərhələsinə yazdırdı.

Qələbənin qəhrəmanları: Muaddib və Kaşuk

Qarşılaşmaya sürətli başlayan Ağdam təmsilçisi ilk dəqiqələrdən rəqib qapısında təzyiqi artırdı. Axtarılan qol çox gecikmədi:

12-ci dəqiqədə Jali Muaddib dəqiq zərbə ilə tribunalardan ilk alqış dalğasını qopardı və ümumi hesabı bərabərləşdirdi.

69-cu dəqiqədə sahədə sözünü deyən Aleksey Kaşuk vurulan ikinci qolla "Köhlən atlar"ın pley-off vəsiqəsini rəsmiləşdirdi.

Pley-offda Niderland sınağı: "Tvente" gəlir!

Ukrayna nəhəngini sıradan çıxaran komandamızın növbəti rəqibi də artıq bəllidir. "Qarabağ" pley-off mərhələsində Niderlandın iddialı "Tvente" klubu ilə üz-üzə gələcək.

Slovakiya "DAK 1904" komandası ilə qarşılaşan Niderland təmsilçisi ilk matçda əsl qol şousu göstərərək (6:0) mərhələ məsələsini həll etmişdi. Cavab oyununda qeydə alınan 3:3 hesablı heç-heçə "Tvente"ni təmsilçimizin qarşısına çıxardı.

Previous Post Next Post