Report-un məlumatına görə, ölkənin əsas magistrallarından birində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Bakı-Quba yolunda baş verib. İlkin məlumatlara görə, hərəkətdə olan “Shachman” markalı yük avtomobili ilə “Mitsubishi” markalı minik maşını toqquşub.
Toqquşmanın şiddətindən “Mitsubishi” markalı avtomobilin sürücüsü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
