Bakının iki rayonunda SU KƏSİLƏCƏK: Qəza ilə əlaqədar xəbərdarlıq edildi

 

Paytaxtın Qaradağ və Səbail rayonlarının bəzi hissələrində içməli suyun verilişində müvəqqəti fasilələr yaranacaq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, məhdudiyyət magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədardır.

Su kəsintisi hansı müddəti əhatə edəcək?

Təmir-bərpa tədbirləri ilə əlaqədar olaraq sentyabrın 16-sı saat 09:00-dan başlayaraq sentyabrın 17-si gün ərzində qeyd olunan ərazilərə içməli suyun verilişi dayandırılacaq.

Previous Post Next Post