"Anamı səhər saat 6-da yuxudan oyadıb mühazirə oxuyurdum" — Məleykə Abbaszadədən GÖZLƏNİLMƏZ TƏKLİF


 Hər müəllimin öz süni intellekt köməkçisi ola bilər. Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məhz bu təşəbbüslə çıxış edib. O bildirib ki, pedaqoqların işini asanlaşdırmaq üçün xüsusi platforma yaradıla və hər bir müəllim özünəməxsus süni intellekt (Aİ) assistentinə sahib ola bilər.

​Çıxışı zamanı illər əvvəl yaşadığı maraqlı bir xatirəni bölüşən DİM sədri həmin çətinlikləri belə xatırladıb: “1988-ci ildə mən ilk dəfə mühazirə oxuyanda səhər saat 6-da anamı yuxudan oyadırdım, informatikadan mühazirəni ona oxuyurdum. Çünki onda mənim üçün Azərbaycan dilində professional terminləri demək çətin idi. O mənim faktiki olaraq assistentim idi”.

​İndi isə texnologiyanın inkişafı sayəsində bu cür problemlərin tarixdə qaldığını vurğulayan Məleykə Abbaszadə müəllimlərin müvafiq təlimlərə cəlb edilməklə rəqəmsal alətlərdən maksimum səviyyədə yararlanmasının vacibliyini diqqətə çatdırıb.

Previous Post Next Post