Bəyanat.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası qadın yığmamızın qarşıdakı Avropa çempionatında mübarizə aparacaq heyətini elan edib.
Oyunlar Bakıda təşkil olunacaq
Avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında keçiriləcək C qrupunun matçlarında voleybolçularımız Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya seçmələri ilə üz-üzə gələcəklər.
Yığmanın heyəti və məşqçilər korpusu
Faiq Qarayevin rəhbərlik etdiyi komandada yer alan idmançılar:
Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova
Blokçular: Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quliyeva, Ceyran İmanova
Baş məşqçi: Faiq Qarayev
Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov
