Salyanda ağır qəza: Ölən və yaralananlar var

 

Bəyanat.az xəbər verir ki, Ələt–Astara–İran magistralının Salyan rayonundan keçən hissəsində ölüm və ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Bakı istiqamətində yüksək sürətlə hərəkət edən minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb.

Hadisənin fəsadları

Dəhşətli qəza zamanı 1962-ci il təvəllüdlü Bakı sakini Əsədova Səlbi aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili xəstəxanaya çatdırılıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri öyrənilir.

Previous Post Next Post