Şəmkirdə ölümlə nəticələnən ağır qəza: Piyadanı vurub öldürdü

 

Beyanat.az xəbər verir ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində faciəvi yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil yolu qarşı tərəfə keçməyə çalışan piyadanı vurub. Zərbənin şiddətindən təxminən 50-60 yaşlarında olan qadın aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Teleqraf-ın bölgə bürosunun verdiyi məlumata görə, həyatını itirən şəxsin nəşi Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə yerləşdirilib.

Hazırda aidiyyəti qurumlar tərəfindən mərhumun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Faktla bağlı araşdırma davam edir.

Previous Post Next Post