İTicket.AZ-da yerləşdirilən tədbir məlumatına əsasən, Cənubi Koreyanın məşhur K-pop qrupu NCHIVE dünya turu çərçivəsində ilk dəfə Azərbaycanda səhnəyə çıxmağa hazırlaşır. Böyük Britaniya, Almaniya, Fransa və Tunisdə baş tutan uğurlu konsertlərdən sonra qrup indi də paytaxtımızdakı pərəstişkarları ilə görüşəcək.
Rəsmi elana görə, "NCHIVE WORLD TOUR 2026 – BAKU" tədbiri 1 noyabr 2026-cı il tarixində Nizami Kino Mərkəzində keçiriləcək. Gənclərin böyük marağına səbəb olan bu gecənin zəngin proqramına canlı konsert, eksklüziv fan-görüş, saundçek, həmçinin avtoqraf və foto sessiyası imkanları daxildir.
Tədbir üçün müxtəlif kateqoriyalarda (qiyməti 25 AZN-dən başlayan) biletlər satışa çıxarılıb. Biletləri şəhər kassalarından və ya rəsmi onlayn platformadan əldə etmək mümkündür.
🔗 Ətraflı məlumat və bilet əldə etmək üçün keçid:https://iticket.az/ru/events/concerts/nchive-world-tour-2026-baku
