Mingəçevirdə ZƏNCİRVARİ QƏZA: Hərəkət məhdudlaşdı

 

Mingəçevirdə bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin 20 Yanvar küçəsində, Şəhidlər Xiyabanının qarşısından keçən hissəsində qeydə alınıb. Teleqraf-ın məlumatına görə, əvvəlcə iki avtomobil toqquşub, daha sonra oradan hərəkətdə olan digər iki maşın da onlara çırpılıb. Qəza səbəbindən yolda qısa müddətli hərəkət məhdudiyyəti yaranıb.

Faktla bağlı müvafiq araşdırma aparılır.

Previous Post Next Post